Qırğızıstanda hökumət dağılır

Qırğızıstanda hökumət dağılır


Qırğızıstanda hökumət dağılır. Buna səbəb indiki prezident Almazbek Atambayevə dəstək verən Sosial Demokrat Partiyasının hökumət koalisiyasından çıxmasıdır.

Novator.az-ın məlumatına görə, partiyanın koalisiyadan çıxdığını sosial demokratların parlamentdəki fraksiyasının lideri İsa Omurkulov bəyan edib. Omurkulov bildirib ki, sosial demokratlar digər hökumət üzvlərinin siyasi yanaşmalarını qəbul etmədikləri üçün koalisiyadan çıxırlar.

Sosial demokratların koalisiyadan çıxdığını hökumətdə təmsil olunan Tərəqqi Partiyasının rəhbərliyi də təsdiqləyib.

Qırğızıstanda ötən ilin oktyabr ayında keçirilmiş parlament seçkisində ən çox mandatı Sosial Demokrat Partiyası qazanıb – 38 mandat. 120 yerlik parlamentdə Respublika – Ata Yurd Partiyası 28, Qırğızıstan Partiyası 18, Tərəqqi Partiyası 13, Bir Bol Partiyası 12, Ata Məkan Partiyası 11 yer alıb. Hökumət koalisiyasını Sosial Demokrat Partiyası 2015-ci ilin noyabrında Respublika – Ata Yurd, Tərəqqi və Qırğızıstan partiyaları ilə birgə yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...