Əliyev Qarabağı azad edir, Sərkisyan kef çəkir - Erməni KİV

Əliyev Qarabağı azad edir, Sərkisyan kef çəkir -


Ermənistan Prezidenti Serj Sərkisyanın başı toylara qarışıb. Publika.az xəbər verir ki, “Qraparak” qəzeti Sərkisyanın bu günlərdə iki toyda iştirak etdiyini yazıb. Qəzet bildirib ki, erməni prezident 25 milyon dollara inşa olunan “Renesans” restoranında keçmiş qubernator Vayos Dzorun qızının toyuna qatılıb:

“Digər toy isə “Odjax” restoranında keçmiş polis rəisi Ayk Artünyanın qızının olub. Sərkisyan hər iki toyda iştirak edib və şahidlər prezidentin yetərincə yeyib-içdiyini, şənləndiyini danışırlar. Ölkənin indiki vəziyyətində prezidentin toy bumu yaşaması narahatedici məqamdır”.

Qəzet daha sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış siyasi situasiyaya toxunaraq, ərazilərin qaytarılması məsələsini qeyd edir və bunun fonunda Sərkisyanın toyda kef çəkməsini tənqid edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...