Moskvada azərbaycanlılardan ibarət dəstə yaxalandı

Moskvada azərbaycanlılardan ibarət dəstə yaxalandı

Moskvanın şimalında MİU etnik mütəşəkkil cinayət qrupunun beş nəfər üzvü saxlanılıb. Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın Moskva üzrə DİN baş idarəsinin mətbuat xidməti bildirib. Növbətçi hissəyə 62 yaşlı təqaüdçü müraciət edib. Onun sözlərinə görə, iki nəfər naməlum kişi “Polejaevskaya” metro stansiyası yaxınlığında onun 37 yaşlı oğlunu zorla maşına oturdaraq yaxınlıqdakı evlərdən birinə aparıb fiziki güc tətbiq etməklə hədələyərək ondan 700 min rubl pul alıblar.

Polislər müəyyən ediblər ki, bu cinayət zərərçəkənin tanışı tərəfindən planlaşdırılıb, o, zərərçəkənin ona yetirdiyi mənəvi və fiziki zərərə görə pul təzminatı almağa ümid edirmiş. Cinayət axtarış şöbəsinin əməkdaşları şübhəli şəxsləri saxladıqlarını söyləyiblər. Bunlar yaşları 26-37 arası olan üç nəfər əslən azərbaycanlı, eləcə də 40 yaşlı moskvalı və 31 yaşlı Həştərxan vilayətindən gəlmiş şəxslərdir. Fakt üzrə cinayət işi açılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...