Akarın qiyamçılarla danışığı üzə çıxdı

Akarın qiyamçılarla danışığı üzə çıxdı


15 iyul dövlət çevrilişinə cəhd zamanı həbs edilən general Hakan Evrimin ikinci ifadəsi ortaya çıxıb. Axar.az xəbər verir ki, general Türkiyə ordusunun əsir götürülən Baş Qərargah rəisi Hulusi Akarla bağlı maraqlı məlumat verib. Onun sözlərinə görə, Akar Akıncı bazasında üsyançılara məsələnin danışıqlar yolu ilə həll ediləcəyini deyib. Bunun üçün o, keçmiş prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlunun prosesə qatıla biləcəyini qeyd edib:

“Otağa girəndə Akar, Akın Öztürk, Məhməd Dişli, Kubilay Səlcuq, Ömər Faru Harmancıq və 2-3 mülki şəxs gördüm. Heç kim əlibağlı deyildi. Otaqda olanların heç birində silah yox idi. Tanımadığım bu adamlar Akar və Öztürkə çevrilişi izah edirdi. Akara nəsə təklif etdiklərini eşitməmişəm. Sadəcə, Akar indiki bir vaxtda Türkiyə ordusunun çevrilişə qalxmasının qəbul edilməyəcəyini, özünün də, müxalifətin də narazı qaldığı bəzi məsələlərin olduğunu, ancaq bunun üçün çevrilişə ehtiyac olmadığını dedi.

Akar cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir konsensusla problemlərin həll edilə biləcəyini danışırdı. Hətta o, Abdullah Gül və Əhməd Davudoğlu kimi adamları, müxalifəti cəlb etməklə problemlərin həll edilə biləcəyini dedi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...