Balıqsatanın ölümünə etiraz edən minlərlə adam küçəyə çıxdı – Yeni “ərəb baharı” dalğası
31 yaşlı balıqsatan Mühsin Fikrinin ölümündən sonra Mərakeşin böyük şəhərlərində minlərlə adamın iştirakı ilə kütləvi aksiyalar keçirilib.
Avropa.info xəbər verir ki, yerli məmurlar Fikrinin qanunsuz balıq satışı ilə məşğul olduğunu əsas gətirərək, böyük balıq partiyasını məhv etmək istəyiblər. Balıqsatan malını xilas etməyə cəhd edib, lakin zibil maşınının çalovuna ilişib. Aldığı travmalardan hadisə yerində həyatını itirib.
Hadisənin baş verdiyi ərazidə yaşayan etnik bərbərlər balıqsatanın ölümünü böyük narazılıqla qarşılayıblar. Etirazçılar Mərakeşin böyük şəhərlərinin küçələrini doldurublar. Yerli sakinlərin sözlərinə görə, belə kütləvi etirazlar “ərəb baharı”ndan bu tərəfə müşahidə edilməyib.
Etiraz mitinqlərini ölkənin müxtəlif siyasi yönümlü müxalif siyasi partiyaları dəstəkləyiblər.
Mərakeş kralı VI Məhəmməd hadisəni araşdırmaq üçün daxili işlər Məhəmməd Həssada göstəriş verib, ölən balıqsatanın ailəsinə başsağlığı diləyib.
811 dəfə oxundu