"Qarabağı itirəcəksiniz" - Rusiyadan xəbərdarlıq

"Qarabağı itirəcəksiniz" -


Rusiya Ermənistanda informasiya müharibəsində Qərbə məğlub olur. Gundeminfo.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin deyib.

Onun sözlərinə görə, Qərb informasiya müharibəsində böyük pullar xərcləyir: "Bütün strukturlar bir hədəfə işləyir: mədəni assimilyasiya. Ermənistan buna təslim olaraq, qərb sivilizasiyasına söykənərsə, nəticələr ağır olacaq. Hər şeydən əvvəl bu Qarabağın itirilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsinin başlanmasını demirəm. Hesab edirəm ki, Ermənistan müstəqil dövlət olmaq üçün Rusiyaya söykənməlidir".

Lepexin qeyd edib ki, hazırkı vəziyyətdə Qərbin erməni cəmiyyətinə təsiri daha güclüdür.

"Mümkündür ki, Ermənistan Qərbin güclü təzyiqi ilə qarşılaşacaq. Gənclər demokratiya uğrunda mübarizəyə başlayacaqlar. Tamamilə mümkündür ki, böhran vəziyyət yaranacaq. Ermənistan şok yaşayacaq. Məhz bu situasiyada Rusiyanın vacibliyi üzə çıxacaq", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...