“30 min döyüşçü əmr gözləyir” - İŞİD-ə qarşı savaşan komandir Əbu Xəttab

“30 min döyüşçü əmr gözləyir” -


Suriyada fəaliyyət göstərən Əl Saffa İslami briqadasının komandiri Əbu Xəttab Tel-Abyad, Menbic və Rakkanın azad edilməsi üçün 30 min döyüşçünün əmr gözlədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, komandir Türkiyənin dəstəyi ilə 3 ay ərzində bölgəni terrorçulardan təmizləyə biləcəklərini deyib:

“Əl Bab İŞİD işğalından azad olunduqdan sonra növbəti hədəfimiz Tel-Abyad, Menbic və Rakka olacaq. Bunun üçün 30 min döyüşçümüz əmr gözləyir. Türkiyə Rakka, Haseke və Deyr əz-Zor kimi vilayətlərdəki tayfalarla danışıqlar aparsa, sayımız 65-70 minə çata bilər. Türkiyənin dəstəyi ilə 3 ay ərzində bu bölgələri terrorçulardan təmizləyə bilərik. Məqsədimiz 2011-2012-ci illərdəki mövqeyimizi geri qaytarmaqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...