"FETÖ 170 ölkədə fəaliyyət göstərir" - Ərdoğan

"FETÖ 170 ölkədə fəaliyyət göstərir" -


“Afrika qitəsi ölkələri Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı çox diqqətli olmalıdırlar. Onlar dövlətə sızdıqdan sonra “çox gec oldu” deyə bilərsiniz”. AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbulda keçirilən Afrika-Türkiyə iqtisadi və iş formunda bildirib.

FETÖ-nün 170 ölkədə fəalliyət göstərdiyini açıqlayan Türkiyə prezidenti deyib ki, bu ölkələrdən xeyli hissəsi Afrikadadır: “Uzun illər leqal görüntülü quruluşlar adı altında təşkilatlanan, təhsil, humanitar yardım, dialoq kimi anlayışların arxasında gizlənərək dövlətin alt qatlarına sızan 15 iyulda qanlı hərbi çevrilişə cəhd edib. Bu terror təşkilatının ən çox fəaliyyət göstərdiyi qitələrdən biri Afrikadır. Ona görə də Afrika qitəsi ölkələri bu terror təşkilatına qarşı çox həssas və diqqətli olmalıdır. Sabah onlar dövlətə sızdıqdan sonra “çox gec oldu” deyə bilərsiniz. Biz bu halı yaşadığımıza görə görə, sizə xəbərdarlıq edirik. Möhkəm olun və bu təşkilata qapılarınızı bağlayın. FETÖ ilə mübarizə hər birimizin ortaq mübarizəsidir”.

Ərdoğan Türkiyədə yeni qurulan maarif dərnəklərindən də danışıb: "Türkiyədə Marif Vəqfi quruldu. Biz bu təşkilatın xarici ölkələrdə türk məktəbləri adı ilə açıldıqları məktəbləri, həmin ölkələrin təhsil nazirlikləri vasitəsilə dövlətin adına keçirdik. Hədəfimizdə Afrika ölkələrində Türkiyənin səfirliklərinin sayını daha da artırmaq var. İnşallah, bu hədəfimizə çatacağıq".

Türkiyə prezidenti vurğulayıb ki, ən son Suriya və qaçqınlar məsələsində olduğu kimi təməl insan haqları mövzusunda sinifdə qalanların Türkiyəyə dərs verməyə çalışmasına dözümlülük göstərilməyəcək: “Biz müstəmləkə olmağı rədd etdik. Ikinci sinif insanlar olmağa öz etirazımızı bildirdik. Eyni zamanda bizlər yer üzünün lənətliləri olmayacağımızı bütün dünyaya elan etdik. Afrikalılar da türkiyəli qardaşları kimi azadlıqlarını ehsan və ya lütflə deyil, qanları, canları bahasına əldə ediblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...