Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı FOTOLAR

Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yaxın köməkçisi Hum Abedinin həyat yoldaşı, keçmiş konqresmen Entoni Viner reabilitasiya mərkəzinə yerləşdirilib.
“Daily Mail” xəbər verir ki, 15 yaşlı qızla intim yazışmaları ilə gündəmə gələn keçmiş konqresmen və Nyu-York meri postuna sabiq namizəd seksual asılılıqdan əziyyət çəkir. Hazırda ona reabilitasiya mərkəzində yardım göstərilir.

Nəşr dəqiqləşdirib ki, klinikada xəstələr virtual seks asılılığından müalicə olunurlar. Bildirilir ki, kişi və qadınlar reabilitasiya mərkəzində ayrı-ayrı otaqlarda saxlanılır.
Entoni Viner 15 yaşlı yeniyetmə ilə intim yazışmalarda ittiham olunur. Vinerin kompüterinin yoxlanılması zamanı mail poçtunda Hillari Klintounun elektron məktubları aşkar edilib.(azvision.az)

Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...