Avropa Məhkəməsi Ermənistana qarşı - Kütləvi şikayət

Avropa Məhkəməsi Ermənistana qarşı -


İnsan haqları üzrə Avropa Məhkəməsinin Ermənistana qarşı qəbul etdiyi qərarların sayı həm maliyyə, həm də sistem baxımından narahatedicidir.

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan parlamentdə 2017-cü ilin büdcəsi ilə bağlı dinləmələr zamanı bildirib.

“Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyanın sualını cavablandıran Tatoyan deyib: “İnsan haqları üzrə Avropa Məhkəməsinin Ermənistana qarşı qərarlarının sayı narahatlıq doğurur. Düzdür, bu, bizim ölkəmizin göstərici üzrə ilk yerdə olmağı ilə bağlı deyil. Lakin yenə də narahatedici faktdır”.

Ombudsmanın sözlərinə görə, qanun pozuntuları əsasən məhkəmənin vətəndaşlara qarşı qəbul etdiyi qərarlarla bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...