PKK-çıların səs yazısı yayıldı: “Məhv oluruq…”

PKK-çıların səs yazısı yayıldı: “Məhv oluruq…”


Türkiyə ordusunun apardığı əməliyyatlar PKK təşkilatına ağır zərbə vurub.

Axar.az xəbər verir ki, son 2 ayda 1550, son 1 ildə isə 15 minə yaxın terrorçu zərərsizləşdirilib.

Təşkilatda davam edən gərginlik terrorçular arasındakı danışıqlardan da açıq-aşkar hiss olunur.

Rabitə danışıqları zamanı səsləri yazılan terrorçular canlı qüvvə və təchizat olmadığından gileylənib. Bazar günü terrorçular arasında baş tutan dialoqun bir hissəsini təqdim edirik:

Andok: - Necəsən, nə var, nə yox?

Şiyar İndan: - Pis.

Andok: - Nədir pis olan?

Şiyar Zindan: - Hakkaridə itkimiz çoxdur, əlavə qüvvə gəlmir. Pis olan budur.

Andok: - Doğrudur, təşkilata qatılan yoxdur. Qərargah bölgəsinə də gələn yoxdur.

Şiyar Zindan: - Bizi adamsız qanadlar (PUA) yox etdi. Başını çıxardan kimi görür və anında bombardman edir.

Hogir Sine: - Bizdə də qardaşın dediyi vəziyyətdir. O adamsız qanadlar dağı, daşı qarış-qarış izləyir. Böyük qanadlar (qırıcı təyyarələr) nə mövqe saxladı, nə də sığınacaq. Hər şeyi yox ediblər. Başımızı soxmağa yer qalmayıb.

Andok Aras: - Orada qar yağır?

Hogir Sine: - Qar var, soyuqdur.

Andok Aras: - Doğrudur, təchizatımız da yoxdur. Bizim arxamızdakılar bu səbəbdən bir-biri ilə çəkişir.

Şiyar Zindan: - Hamımızın vəziyyəti pisdir. Camal başqan (Murad Qarayılan) televizorda canlı qüvvəyə ehtiyac olduğunu dedi. Amma heç kim gəlmir.

Xatırladaq ki, PKK lideri Murad Qarayılan 3 gün əvvəl çıxışında “Gənclər, özünüz təşkilata qatılsanız, o zaman qələbə mütləq sizin yanınızda olacaq”, - demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...