5 mindən çox FETÖ-çü həbsxanadan qaçmaq istəyib

5 mindən çox FETÖ-çü həbsxanadan qaçmaq istəyib


Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının həbs edilmiş 5 min 544 üzvü qaçış planı hazırlayıblar.

AzVision.az-ın “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Sincan Həbsxana Batalyon Komandanlığının FETÖ-çülərin kameralarına etdiyi qəfil basqınlarda diaqramlar, qaçış planları, şifrəli qeydlər, yataqxana və ventilyasiya planları ələ keçirilib.

Həbsxana planının ən incə təfərrüatına qədər yer aldığı diaqramlarda, hava müdafiə sistemlərinin yerləri də qeyd olunub. FETÖ-çülərin bu ay ərzində kütləvi qaçış planı hazırladıqları müəyyən edilib. Ələ keçirilən şifrəli notlarda, “Sıxıntı, içəridəkilərlə çöldəkilər birləşəndə bitəcək”, “Şəhidlər toplanın döyüş başlayır” ifadələr yer alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...