ABŞ terror təşkilatını himayə edir - Rusiya XİN

ABŞ terror təşkilatını himayə edir -


Rusiya ABŞ-ı terror təşkilatını dəstəkləməkdə günahlandırıb. Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ hökumətinin terrorçularla əməkdaşlığa son qoymalı olduğunu bildirib. Zaxarova mövzuyla bağlı açıqlamasında bunları deyib: “Amerikalı həmkarlarımız anlamalıdırlar ki, terror ilan kimidir, arxanı çevirdiyin an səni sanca bilər. Onunla oynamaq olmaz”.

ABŞ-ın Nüsrə Cəbhəsi terror təşkilatını dəstəklədiyini iddia edən Rusiya rəsmisi “Həm Qərb, həm də region ölkələrinin Nüsrə terror təşkilatını dəstəklədiklərini hamımız bilirik. ABŞ Nüsrə təşkilatını qoruyur. Vaşinqtonun bu cür oyunları ilə ilk dəfə qarşı-qarşıya gəlmirik”, - deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...