Polis idarəsində ictimai fəala deyiblər: “Əyil, ayaqqabımdan öp”

Polis idarəsində ictimai fəala deyiblər:


Polis idarəsində ictimai fəala deyiblər:

Ermənistan parlamentinin insan haqları və büdcə komissiyalarında İnsan Haqları Müdafiəçisi ofisinin gələn ilə büdcəsi müzakirə olunanda Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının sədri Naira Zohrabyan ombudsman Arman Tatoyana sual verib ki, bu ilin iyul hadisələri vaxtı bir çoxları nümayişdə yalnız iştirak etmişdi, onları isə həbs etdilər. Həbsdə isə Davidaşen polis idarəsində ictimai fəal David Sanasaryanı alçaldıblar. Ona deyiblər ki, “əyil, ayaqqabımdan öp”. “Bu hadisə ilə bağlı sizin və bizim bəyanatlardan sonra vəziyyət necədir?”-deputat soruşub.

Tatoyan deyib ki, iyulda insanları doğrudan da kifayət qədər əsas olmadan tuturdular. David Sanasaryan və digər ictimai fəallara qarşı alçaltmalar barəsində Xüsisi İstintaq Xidməti cinayət işi açıb. Bu barədə hələlik yalnız budur. Bunu yazan Aravot qəzeti qeyd edir ki, cavab Zohrabianı qane etməyib. O deyib ki,aradan keçən vaxt məsələni araşdırmağa kifayət idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...