Ohanyanın arvadının kabinet davası

Ohanyanın arvadının kabinet davası


“Əgər Ruzanna Xaçataryan istəyirsə, mən onun ərizəsini yaza bilərəm”

AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Levon Altunyan sabiq müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşının işdən çıxarılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Ruzana Xaçatryanın kabinetinin yeni müşavirə verilməsi haqda nazir qəzəbli şəklidə bildirib: “Nazirin müşaviri öz kabinetindədir, kabinet dövlətin əmlakıdır. Nə Ruzanna Xaçatryan, nə də Levon Altunyanın şəxsi kabineti yoxdur. Kabinet dövlətə məxsusdur və orada dövlət məmurları oturur. Mən ümumi işə xeyir gətirən insanla işləmək istəyirəm”. Nazir əlavə edib ki, o, Ruzanna Xaçatryanla işləməyib və ona görə də onun hansı fayda verəcəyini bilmir. Qeyd edək ki, erməni KİV-lərində Ohanyanın xanımının işdən çıxarılması haqda məlumatlar yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...