FTB-dən Klintona xoş xəbər - gizli yazışmalar açılmayacaq

FTB-dən Klintona xoş xəbər -


ABŞ Federal Təhlükəsizlik Bürosu (FTB) “elektron poçt” işinin bərpası ilə əlaqədar Hillari Klintona qarşı ittiham irəli sürməyəcək. Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə FTB direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda qeyd olunub. Məktubda Hilları Klintonun yeni aşkarlanan məktublarının tədqiq edildiyi, sabiq dövlət katibinin əməlində cinayət tərkibinin olmadığı vurğulanıb.

Qeyd edək ki, oktyabrın sonunda FTB Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton barəsində iyulda yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib. İddiaya görə, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi dövlət məlumatlarının yayılmasına şərait yaradıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...