Gürcüstanda icbari hərbi çağırış bərpa edilir

Gürcüstanda icbari hərbi çağırış bərpa edilir


Gürcüstan Müdafiə Nazirliyi orduya icbari hərbi çağırışı bərpa edəcək. "Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Levan İzoriya bildirib. Nazirin sözlərinə görə, çağırış yeni formada bərpa ediləcək.

"Çağırışçılar hərtərəfli ibtidai hazırlıq keçəcək və mükəmməl hərbçilər kimi formalaşacaq. Onların əmək haqqı 50 lariyə qədər yüksələcək, eyni zamanda, istirahət günlərindən istifadə edə biləcəklər.


Yenilənmiş icbari hərbi xidmət xərclərə qənaət edilməsinə, orduya çağırış sisteminin peşəkar səviyyədə həyata keçirilməsinə dəstək verilməsinə və həm ehtiyat, həm də müqavilə üzrə daha çox kadrın hazırlanmasına imkan verəcək", - deyə L.İzoriya bildirib.
Xatırladaq ki, icbari hərbi çağırış keçmiş müdafiə naziri Tinatin Xidaşelinin əmri ilə dayandırılıb. Onun fikrincə, bununla Gürcüstan ordusu tamamilə müqaviləli xidmətə keçməli idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...