“Millət vəkillərinin həbsinin səbəbi ifadə verməkdən imtina etmələridir” - Erkan Özoral

“Millət vəkillərinin həbsinin səbəbi ifadə verməkdən imtina etmələridir” -


“Türkiyədə millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. Bütün partiyalardan olan millət vəkillərinin toxunulmazlığı aradan götürülüb”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, ifadəyə çağırılan digər millət vəkilləri bu günə kimi gedib ifadə veriblər: “Bu millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. İşlənən günahın cəzası verilməlidir”.

E. Özoral dekabr ayında TürkPA-nın katibliyinin yeni binasına daşınacağını, bu məqsədlə TBMM sədrinin Azərbaycana səfərinin gözlənildiyini söyləyib.

Səfir Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlə bağlı hazırlıqların davam etdiyini də vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...