“Nüvə silahlarımızı Trampa verə bilmərik” - Obama

“Nüvə silahlarımızı Trampa verə bilmərik” -


ABŞ-ın nüvə silahlarının idarəsini Donald Trampa həvalə etmək olmaz.

Axar.az xəbər verir ki, bunu Floridadakı mitinqdə çıxış edərkən ABŞ Prezidenti Barak Obama söyləyib. Onun sözlərinə görə, Trampın öz şirkəti onu Tvitterdən uzaqlaşdırıb:

“Onlar o qədər Trampa güvənmirlər ki, onun əlindən Tvitteri belə almağa məcbur olublar. Öz Tvitterini idarə edə bilməyən adam, nüvə kodlarından necə baş çıxaracaq”. Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkisi keçiriləcək. Dünyanın super gücünün idarəçiliyini həyata keçirmək üçün iki namizəd mübarizə aparır. Bunlardan biri, Demokratlar Partiyasından Hillari Klinton, digəri isə Respublikaçılar Partiyasından Donald Trampdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...