Ərdoğan: “1 əsrdir orada bizi gözləyirlər”

Ərdoğan: “1 əsrdir orada bizi gözləyirlər”


Türkiyənin heç kimin torpağında gözü yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin məşhur lideri Mustafa Kamal Atatürkün vəfatının 78-ci ili ilə əlaqədar təşkil edilən konfransda çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin tarixində heç vaxt müstəmləkəçilik anlayışı olmayıb:

“Bizim mədəniyyətimizə görə, eyni vətən torpağında yaşadığımız hər kəs qardaşımızdır. Bütün dövlətlərini bu anlayışla quran bir millətin başqalarının haqlarını qəsb etməsindən söhbət gedə bilməz. Orta Avropadan Afrikaya qədər uzanan ərazidə təhlükəsizlik və hüzur şəraitini formalaşdıran bir dövlət ənənəsinə sahibik. Bizi də Qərb kimi işğalçılıq siyasətində günahlandırmağa çalışanların fəaliyyəti boş şeydir. Bu gün Suriyada, İraqda, Afrikada, Balkanlarda istənilən adamdan Türkiyəni soruşun. Əsla bizdən zülm, qətliam görmədiklərini deyəcəklər. Biz oralardan artıq 1 əsrdir ki, ayrılmışıq, ancaq oralardakı insanlar həmişə bizi gözləyib. Dünən dövlət olaraq oralarda idik, bu gün yardım, təhsil, səhiyyə qurumlarımızla oralardayıq. Türkiyə Türkiyədən böyükdür. Biz 780 min kvadrat kilometrə sığışa bilmərik. Bizim fiziki sərhədlərimizlə könül sərhədlərimiz fərqlidir. Krımdakı, Makedoniyadakı, Qafqazlardakı qardaşlarımız fiziki sərhədlərimizdən kənarda olmaqlarına baxmayaraq, hər zaman könül sərhədlərimizin daxilində, qəlbimizin ortasında olublar. Türkiyə Cümhuriyyəti göydən zənbillə enməyib. 1919 və 1923-ü 1071 (Malazgird döyüşü – red.) və 1453-dən (İstanbulun fəthi – red.) ayrı görsəniz, yanılmış olarsınız. Bunların hamısı bir-birinin davamıdır. Səlcuqluların bayrağını Osmanlı daşıdığı kimi, Cümhuriyyət də Osmanlını əvəz edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...