Ermənistanda hərbi komissarlığın şöbə müdiri rüşvət alarkən saxlanılıb

Ermənistanda hərbi komissarlığın şöbə müdiri rüşvət alarkən saxlanılıb

Noyabrın 10-da Ermənistanın Şirak vilayəti Gümrü Regional Hərbi Komissarlığının əməkdaşı rüşvət alarkən saxlanılıb.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyanın məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində Gümrü Regional Hərbi Komissarlığının 4-cü şöbəsinin rəisi mayor Artyom Marqaryan rüşvət alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...