Bəkir Bozdağ AB nümayəndə heyətini Ədliyyə Nazirliyindən qovdu
Türkiyə- Avropa İttifaqı əlaqələrinin dondurulmasını istəyən Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Pirinin rəsmi Ankara tərəfindən qəbul edilmədiyi üzə çıxıb.
Avropa.info xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağla görüşmək istəyən Kati Pirinin başçılıq etdiyi nümayənə heyəti nazir tərəfindən qəbul edilməyib. Bundan sonra Avropa Parlamentinin nümayəndə heyəti Kati Pirini heyətdən çıxarıb. Elmar Brokun rəhbərlik etdiyi nümayəndə heyəti Bəkir Bozdağla görüşərək 40 dəqiqə ərzində prosesləri müzakirə ediblər.
Qeyd edək ki, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Ankaranın terrorla mübarizəsini həzm etməyərək “Türkiyəyə verəcəyimiz yeganə cavab, əlaqələri dondurmaqdır” demişdi.
Buna cavab olaraq ədliyyə naziri Bəkir Bozdağ isə Kati Pirini terror təşkilatı PKK ilə münasibətlərdə ittiham etmişdi.
“Piri Türkiyəyə gələrək danışıqlar aparır. Ancaq hesabatlarını terror təşkilatlarının təklifləri əsasında hazırlayır” deyən Bozdağ Kati Pirinin heyətdən çıxarılmasını istəmişdi.
778 dəfə oxundu