Deputatlar Ollandı istefaya göndərir

Deputatlar Ollandı istefaya göndərir


Fransa Milli Assambleyasının spikeri Klod Bartolone ölkə prezidenti Fransua Ollandın istefaya göndərilməsi barədə qətnamə layihəsini icraçı orqanların nümayəndələrinə təqdim edib.

Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir. Sənədi 79 deputat imzalayıb. Partiya nümayəndələri qətnaməyə daha çox deputatın qoşulacağını iddia edirlər. Fransa qanunvericiliyinə əsasən prezident və baş nazir bu barədə məlumatlandırılmalıdır. Sağçı deputatlar Ollandın dövlət sirlərini yaymaqda ittiham edirlər. Deputatların fikrincə, Olland “Prezident bunu deməli deyildi...” kitabında dövlət sirlərini açıqlayıb.

Agentlik vurğulayır ki, prezidentin idarəetmədən uzqlaşdırılması prosedura Konstitusiyanın 68-ci maddəsinə yalnız 2014-cü ildə daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...