Güləndən tərəfdarlarına sensasion təlimat – “Bu yay Türkiyə qarışacaq! Əsla ora getməyin!”
Gülən camaatının Almaniyadakı üzvlərindən olan və təşkilatın Almaniyadakı qolunda mühüm vəzifə sahibi olan bir nəfər mətbuata anonim açıqlama verib. Avropa.info xəbər verir ki, Almaniyada yaşayan Gülən camaatı üzvlərinin böyük bir qorxu içində həyatlarına davam etməyə çalışdığını vurğulayan etirafçı 15 iyul çevriliş cəhdindən əvvəl Fətullah Gülənin bütün təşkilat üzvlərinə “Bu yay Türkiyə qarışacaq. Əsla Türkiyəyə getməyin” deyə təlimat verdiyini söyləyib.
Uzun illər FETÖ-nün Almaniyadakı təşkilatlarında çalışan etirafçı daha sonra sözlərinə belə davam edib:
“15 iyul çevriliş cəhdindən əvvəlki Ramazan ayı boyunca iftar proqramları təşkil edirdik. Bu iftar proqramlarında yüksək səviyyəli “abi”lər və “abla”lar hər kəsə Fətullah Gülənin təlimatı olaraq “Gələn il Türkcə Olimpiadalarının Türkiyədə keçirilməsinə hazır olun” deyirdi.”
Yaşadığı Şimali Reyn – Vestfaliya əyalətində məktəb tətillərində və yay dövründən əvvəl FETÖ lideri Fətullah Gülənin bir başqa mesajının da insanlara göndərildiyini deyən etirafçı bu təlimatdan sonra təşkilat daxilində xüsusilə əhəmiyyətli vəzifələrdə olan heç kimin Türkiyəyə getmədiyini deyib.
FETÖ-dən 17 -25 dekabr hadisələrindən sonra soyuduğunu, lakin peşəsinin tələbinə uyğun olaraq səbir edərək 15 iyula qədər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki bir təşkilatda çalışdığını söyləyən etirafçı təşkilatın yüksək səviyyəli “abi” və “abla”lardan hələ xəbərlər aldığını bildirib.
“Aldığım məlumatlara görə “abi” və “abla”lar çox ciddi narahatlıq və qorxu içindədirlər. Türkiyənin və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bu təşkilata qarşı apardığı mübarizə qətiliklə yerində və doğru bir qərardır. Ümid edirəm ki, Almaniya da bu təşkilata qarşı mübarizə başlayar. Bəzi şəxslər Türkiyədəki evlərindən, iş yerlərindən və əmlaklarından narahatdır. “Bizi tamamilə bitirdilər” deyilir”.
899 dəfə oxundu