ABŞ-ın keçmiş səfirinin Rusiyaya girişi yasaqlandı

ABŞ-ın keçmiş səfirinin Rusiyaya girişi yasaqlandı


ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun Rusiya Federasiyasına girişi yasaqlanıb.

Məlumata görə, bu barədə Rusiya Xxarici İşlər Nazirinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, keçmiş səfir Moskva və Vaşinqton münasibətlərinə məqsədyönlü şəkildə vurduğu zərər səbəbindən Rusiya Federasiyasına girişi qadağan olnmuş şəxslərin siyahısı salınıb.

"Makfol həmin adamdır ki, məqsədyönlü şəkildə ikitərəfli münasibətləri pozub. Keşmiş səfirin sanksiya siyahısına salınması cavab tədbiridir",-deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Maykl Makfol öz "Facebook" səhifəsində bundan sora Rusiyaya girişinin qadağan olunduğu, sanksiya siyahısına salındığını yazıb. Keçmiş səfir rəsmi Moskvanın onun prezident Barak Obamaya yaxın olduğu üçün sanskiya siyahısına saldığını iddia edib. (Apa)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...