Trampın gələcək kabinetindəki iki əsas fiqurun adları bilindi
Musavat.com ABŞ mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp kabinetdə olacaq iki əsas fiquru açıqlayıb. Onlardan biri Respublikaçılar Milli Komitəsinin başqanı Reyns Praybasdır. O, kadrlar şöbəsinin rəhbəri olacaq. R. Praybas Ağ Evdə yeni düzəni qurmaqda məsul və hökumətlə Konqres arasında vasitəçi olacaq.
Digəri isə Stefen Bannondur. Bannon konservativ "Breitbart News Network"dəndir və Trampın baş məsləhətçisi olacaq. O, Trampın seçki kampaniyasında işlədiyi üçün Breytbart İcra Başqanlığından müvəqqəti olaraq istefa etmişdi. "CBS" kanalına verdiyi müsahibdə Tramp deyib: "Mənim çox uğurlu komandam var və ölkəmizə rəhbərlik etməkdə mənimlə bərabər olacaqlarına görə həyəcanlıyam". "Stiv və Reyns seçki kampaniyamızda bizimlə bərabər işləyən son dərəcə bacarıqlı liderlərdir və bizi tarixi qələbəyə çatdırdılar".
Qeyd edək ki, Praybas 44 yaşındadır və o, Trampla Respublikaçılar Partiyası arasındakı münasibətdə kampanya müddəti boyu körpü rolunu oynayıb. Praybas yeni administrasiyanın qanunvericilik gündəliyini istiqamətləndirə biləcək fiqur ola biləcək palata spikeri Paur Rayana yaxın adamdır.
Mühafizəkar Breybart Netvörkünün icraçı direktoru olan Bannon isə 62 yaşındadır. Keçmiş hərbi dəniz qüvvələri zabiti, bankir və Hollivud prodüseridir. Qeyd edək ki, Braybart Amerikanın ən çox oxunan mühafizəkar xəbər internet şəbəkəsidır.
"Bizim Reynslə çox uğurlu partnyorluğumuz oldu. Biz birlikdə qələbəyə nail olduq. Bu əməkdaşlıq yeni seçilən prezident Trampın görüləcək işlərinə nail olmağa köməklik edəcək. Cənab prezident Trampa Reynslə bərabər işləmək imkanını verdiyi üçün minnətdaram", deyə Bannon bildirib.
888 dəfə oxundu