Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər
Rusiya ilə İran arasında vizalar gələcəkdə ləğv oluna bilər. Trend-in verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib. Spikerin sözlərinə görə, bu barədə iki ölkənin konsul xidmətləri arasında məşvərətlər davam edir. Bu barədə yekun müddəalar dekabrın 13-də Tehranda hökumətlərarası komissiyanın iclasında qəbul oluna bilər.
V.Matviyenko qeyd edib ki, ötən il iki ölkə arasında viza rejiminin sadələşdirilməsi barədə razılıq əldə olunmuşdu. Spiker bu razılaşmadan sonra İran və Rusiya arasında gediş-gəlişin sayının iki dəfə artdığını qeyd edib. Virtualaz.org xatırladır ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İranda səfərdədir. V.Matviyenko ikigünlük səfəri çərçivəsində İran İslam Şurası Məclisinin (parlament) sədri, xarici işlər naziri və prezidentlə görüşəcək. Görüşlərdə regional təhlükəsizlik, parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı və Suriyadakı vəziyyət müzakirə olunacaq.
880 dəfə oxundu