Rusiyanın iqtisadi inkişaf naziri ev dustaqlığına məhkum edilib - VİDEO

Rusiyanın iqtisadi inkişaf naziri ev dustaqlığına məhkum edilib -


Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib.

Qeyd edək ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...