Putin Saakaşvilinin qubernatorluğunu odessalılara təhqir adlandırdı

Putin Saakaşvilinin qubernatorluğunu odessalılara təhqir adlandırdı

"Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir idi". Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bunu "Ukrayna odda" filmi üçün rejissor Oliver Stouna müsahibəsində Saakaşvilinin təyinatını şərh edərkən deyib.

"Bu sadəcə Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir və tüpürmək idi. Ona hətta ABŞ-a getmək üçün işçi viza da vermədilər. Universitetlər, hansılara ki, o işə düzəltməyə çalışırdı, onu daimi işə götürmək istəmədilər. Belə çıxdı ki, o, Odessa qubernatorunun vəzifələrini icra etməyi bacarar? Məgər peşəkar və bacarıqlı ukraynalılar arasında bu işi yerinə yetirə biləcək şəxslər yoxdur?" – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Oliver Stounun "Ukrayna odda" filminin premyerası bu gün Moskva vaxtı ilə saat 17:00-da REN TV-də olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...