ABŞ 1400 terrorçuya təlim keçib

ABŞ 1400 terrorçuya təlim keçib


ABŞ PKK/PYD tərəfindən 2015-ci ildə işğal edilən Rakka vilayətinin Tel-Abyad rayonunda 1350 terrorçunun təlim keçdiyi hərbi düşərgə yaradıb.

Axar.az xəbər verir ki, ABŞ hərbçilərinin təlim keçdiyi silahlılara hər ay 300 dollar maaş verildiyi məlum olub. Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, düşərgədə hər biri 200 nəfərdən ibarət olan kiçik qruplar yaradılıb. 2016-cı ilin sentyabrından bu günə qədər 1400 terrorçu düşərgədə təlim keçdikdən sonra Suriyanın müxtəlif bölgələrinə göndərilib.
Tel-Abyad mərkəzində 500 nəfərlik məktəb isə düşərgənin qərargahı seçilib. Qaynaqlar təlim keçirilən silahlılar arasında Türkiyənin kürd vətəndaşlarının da olduğunu bildirib.

İndiyə qədər təlim keçmiş silahlıların böyük əksəriyyəti Menbic cəbhəsinə göndərilib. Xatırladaq ki, ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Brett Makqurk bir neçə gün əvvəl PKK/PYD silahlılarına Menbicdə təlim keçdiklərini açıqlamışdı. O, təlimlər bitdikdən sonra silahlıların Menbicdən çəkiləcəyini bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...