Mursinin ömürlük həbs cəzası da ləğv olundu

Mursinin ömürlük həbs cəzası da ləğv olundu

Bu gün Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursi və onun yaxın ətrafından olan şəxslərin ömürlük həbs cəzasını ləğv edib. RİA Novosti xəbər verir ki, məhkəmə prosesi Misir televiziyası ilə canlı yayımlanıb. Qeyd edək ki, noyabrın 15-i Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.

Xatırladaq ki, 2014-cü ildə Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünə ölüm hökmü verilməsi barədə qərar qəbul edib. Onu da qeyd edək ki, Mursi və “Müsəlman qardaşları”nın üzvləri Fələstinin HƏMAS təşkilatının xeyrinə casusluq etməkdə ittiham olunurdular.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...