Fransa prezidentliyinə əsas namizəd Putinlə dost imiş

Fransa prezidentliyinə əsas namizəd Putinlə dost imiş

Kreml Fransada prezident seçkiləri kampaniyasının gedişini diqqətlə izləyir. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Fransa Rusiya ilə mehriban münasibətləri olan tərəfdaş ölkədir. Xatırladaq ki, Respublikaçılar partiyasının praymerizində Fransua Fiyon qalib gəlib. Fransada onu “Putinin dostu” adlandırırlar. Dmitri Peskov bu deyilənləri təsdiq edib:

“Onların münasibətləri Vladimir Putin hələ baş nazir olarkən formalaşıb. Tez-tez-görüşürdülər, danışıqlar masası arxasında birlikdə saatlarla vaxt keçiriblər. O vaxt kifayət qədər qurucu işlər görülürdü. Doğrudan da, onları kifayət qədər mehriban münasibətlər birləşdirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...