Avropa Məhkəməsindən Ermənistana qarşı iki qətnamə

Avropa Məhkəməsindən Ermənistana qarşı iki qətnamə


İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qətnamə qəbul edib. AzVision.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni bölməsi məlumat yayıb. 2012-ci ildə Dağlıq Qarabağda vəfat edən hərbçi Suren Muradyanın işi üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin Muradyan ailəsinə 50 min avro dəyərində kompensasiya verməsi barədə qərar qəbul edib. Məhkəmə qərarına əsasən Ermənistan hüquq-mühafizə orqanları hərbçinin qətlində günahkarların aşkar edilməsi üçün araşdırımaların düzgün aparılmadığını bildirib.

Surenin atası Qraç Muradyan Avropa Məhkəməsinə müraciət edərək bildirib ki, xidmət vaxtı onun oğlu xəstələnib və lazımı tibbi yardım göstərilməyib. “Manuçuryan Ermənistan Hökumətinə qarşı” iş üzrə də Avropa Məhkəməsi Ermənistanı 2400 avro cərimələyib. 2009-cu ildə Spartak Manuçuryan Alaverdi şəhər sakini Karen Sohakyanı öldürməkdə günahlandırılıb. Avropa Məhkəməsinin qərarına görə, Ermənistan hökuməti ədaləti məhkəmə işinin aparılması qanunu pozub.

Manuçuryan əvvəlcə qətli törətdiyini etiraf edib, daha sonra öz ifadələrindən imtina edərək Sohakyanı öldürmədiyini vurğulayıb. Lakin məhkəmə sonuncu ifadələrini nəzərə almayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...