Ramzan Kadırov əməliyyat olunub

Ramzan Kadırov əməliyyat olunub


Çeçenistanın rəhbəri Ramzan Kadırov Qroznıda əməliyyat olunub. Modern.az bildirir ki, Kadırov özünün Instagram səhifəsində həkimlərin rinqdə aldığı zədənin nəticələrini aradan qaldırdıqlarını yazıb.

“Mən bizim şanlı həkimlərin əlinə düşdüm. Bütün prosedurları edib əməliyyat otağından çıxıb evə qayıdanda bir daha dedim ki, bizim həkimlər hamıdan yaxşıdırlar, bacarıqlıdırlar, təcrübəlidirlər”, - Kadırov vurğulayıb. Kadırovun sözlərinə görə, ona xarici mütəxəssislərə müraciət etmək məsləhət görülüb. “Çoxları hələ də öz həkimlərimizə inanmamaq adətindən əl çəkə bilmir”, - o, bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...