Rusiyanın cənubunda 230 min sakin işıqsız qalıb

Rusiyanın cənubunda 230 min sakin işıqsız qalıb

Rusiyanın cənubunda 230 min sakin elektrik enerjisiz qalıb. Rusiya KİV xəbər verir ki, bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Volqoqrad vilayətinin 8 yaşayış məntəqəsi, Rostov vilayətinin mərkəzi Rostov-Don şəhəri də daxil olmaqla 170 yaşayış məntəqəsinə, habelə Krasnodar diyarının 4 rayonuna və Adıgey Respublikasına elektrik enerjisinin verilməsi kəslib. Rusiya Energetika Nazirliyinin yerli qurumları yaranmış böhranını aradan qaldırmağa çalışır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...