PROFESSORUN “WHATSAPP”INDA ŞOK MESAJ: “TBMM BU GECƏ DAĞIDILMALIDIR...”

PROFESSORUN “WHATSAPP”INDA ŞOK MESAJ:

15 iyul hərbi çevriliş cəhdi ilə bağlı sensasiyalı telefon yazışmaları ortaya çıxıb. Aralarında xəstəxana rəhbərlərinin də olduğu "Gölbaşı Hasvak Özen Dr” adlı "whatsapp” qrupunda türk ictimaiyyətini şok edən məqamlar üzə çıxıb. "Milliyet" xəbər verir ki, tibb professoru Ayfer Aydoğdu Türkiyə Böyük Millət Məclisi bombalanmadan 1 dəqiqə öncə "TBMM bu gecə dağıdılmalıdır” şəklində mesaj paylaşıb. Professorun müəmmalı mesajını Məclisə atılan bombadan sadəcə bir dəqiqə əvvəl paylaşması xüsusi diqqət çəkib.

Daha sonra məlum olub ki, həmin mesajı yazan professor FETÖ-çülərə qarşı keçirilən əməliyyatlarda həbs olunub və peşəsindən atılıb. Amma qısa müddət sonra yenidən vəzifəsinə bərpa edilib. Hazırda həmin şəxs barədə istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...