İrəvanda insanlar etiraza qalxdılar

İrəvanda insanlar etiraza qalxdılar


Dekabrın 10-da Yerevandakı Azadlıq meydanında müxalifyönlü “Sasna tsrer" üzvlərinə dəstək aksiyası başlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtın mərkəzi küçəsindən keçməklə penitensiar xidmətin məhkumlar üçün hospitalına doğru yürüş ediblər. Daha sonra onlar Azadlıq meydanına doğru qayıdaraq səhiyyə müəssisəsində müalicə olunan “Sasna tsrer” üzvlərinə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, bu il iyulun 17-də “Sasna tsrer” qrupu Yerevanda post-patrul xidmətinin binasını tutaraq həbsdə olan lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını və hakimiyyətin istefasını tələb edib. Qrupun hərəkəti əhali tərəfindən dəstəklənib və çoxminlik nümayişlər keçirilib. Bina iyulun 31-də azad edilib, qrupun 31 üzvü həbs edilib. Atışma zamanı üç polis işçisi həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...