Neft son il yarımda ilk dəfə 57 dollara qalxdı

Neft son il yarımda ilk dəfə 57 dollara qalxdı

OPEC-ə daxil olmayan hasilatçı ölkələrin ötən həftə gündəlik neft hasilatını 600 min barrelə qədər aşağı salmaq barədə razılaşması neftin qiymətində sıçrayışa səbəb olub. Virtualaz.org xəbər verir ki, bu gün səhər hərraclar başlayan kimi “Brent” markalı neftin bir barreli 57 dollara yaxınlaşıb. Bu, 2015-ci ilin iyul ayından bəri neftinən yüksək qiymətidir. ABŞ yüngül nefti WTI də bahalaşıb və 54 dollara çatıb.

Xatırladaq ki, bundan əvvəl OPEC ölkələri gündəlik hasilatı 1.2 milyon barrel azaltmağa razılaşıblar. Razılaşma yanvar ayından qüvvəyə minəcək. OPEC-ə daxil olmayan ölkələrdən isə Azərbaycan da daxil olmaqla 11 ölkə hasilatı azaltmağa razılaşıb.Beləliklə, yanvar ayından etibarən razılaşmaya əməl olunsa bazara gündə 1.8 milyon barrel az neft çıxarılacaq ki, bu da analitiklərə görə neftin qiymətinin 60 dolları keçməsinə imkan verəcək. Lakin bəzi analitiklərə görə ABŞ şirkətləri qiymətlərin artmasını görüb şist neft hasilatını artırsa o zaman qiymət yenidən düşə bilər.

Azərbaycan 2017-ci il üçün dövlət büdcəsində neftin qiymətini 40 dollardan götürüb. Hökumət bildirir ki, neftin 60-70 dollar səviyyəsində qərarlaşması Azərbaycan iqtisadiyyatı üçün optimaldır və bu halda ölkə üzləşdiyi iqtisadi böhranın nəticələrini aradan qaldıra bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...