Neftin bahalaşması rublu kəskin möhkəmləndirir

Neftin bahalaşması rublu kəskin möhkəmləndirir


Rusiya birjasında ticarət sessiyasının açılışında müsbət dinamika müşahidə olunur. "APA-Economics" xəbər verir ki, MMVB indeksi 2235,81 bəndədək yüksələrək növbəti tarixi rekordu müəyyənləşdirib.

RTS 2014-cü ilin maksimumuna çataraq 1137,37 bənd səviyyəsində qərarlaşıb. Ticarət sessiyasının açılışında dolların məzənnəsi 62 rubl səviyyəsindən aşağı enərək 61,49 rubla çatıb. Beləliklə, rubl cari ilin oktyabrın 25-də qeydə alınan maksimumu yeniləyib.

Avronun məzənnəsi isə 64,95 rubla enib. Sonuncu dəfə avronun bu qədər ucuzlaşması 2015-ci ilin iyulun 30-da qeydə alınıb.
Rublun möhkəmlənməsinə səbəb neftin kəskin bahalaşmasıdır. Xatırladaq ki, bu gün Brent markalı neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dollar həddini ötüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...