Dəmirdaş İstanbul teraktından danışdı, “terror” demədi

Dəmirdaş İstanbul teraktından danışdı,


Ədirnə həbsxanasında saxlanılan HDP həmsədri Səlahəddin Dəmirdaş İstanbul teraktına münasibət bildirib.

Axar.az xəbər verir ki, hər fürsətdə PKK-nı müdafiə edən, hücumlarda özünü partladan terrorçuların dəfninə qatılan və qardaşı PKK rəhbərliyində təmsil olunan kürd separatçı açıqlamasında “terror” kəlməsini belə işlətməyib:

“Bütün toplumu, xalqımızı şiddət qarşılığında, barış, qardaşlıq, demokratiya va azadlıq duyğuları ətrafında ümidlə bir arada durmağa dəvət edirəm. Şəraitimiz nə qədar çətin olursa olsun, müqəddəs hesab etdiyimiz sülhü müdafiə etməkdən imtina etməməli, ümidimizi itirməməliyik. Bu çətin dövrü mübarizə ilə aşaraq, ölkəni stabil mərhələyə çıxarmağı bacarmalıyıq”.

Qeyd edək ki, İstanbulun Beşiktaş rayonunda baş verən iki partlayış zamanı 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...