Rusiyada stadion tikintisi zamanı daha bir insident baş verib

Rusiyada stadion tikintisi zamanı daha bir insident baş verib


Rusiyanın Sankt-Peterburq şəhərində tikilən "Zenit Arena"da Tacikistandan olan fəhlə yüksəklikdən yerə yıxılıb.

"Report"un "Fontanka"ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində fəhlənin ayağı sınıb.

Polis gələnədək onu təcili yardım maşını xəstəxanaya çatdırıb. Hazırda olayın baş vermə səbəbləri araşdırılıb.

Qeyd edək ki, bu, "Zenit Arena"nın tikintisi zamanı baş vermiş ilk insident deyil. Dekabrın 13-də yanğınsöndürmə sisteminin sınağı zamanı "Zenit Arena"nı su basıb. Noyabrın 15-də tikinti gedən ərazidə KXDR vətəndaşının meyiti tapılıb. Stadionun tikintisi 2007-ci ildə başlanıb və bu ay yekunlaşmalıdır. Arenada 2017-ci il Konfederasiyalar Kuboku və 2018-ci il dünya çempionatının oyunları keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...