FTX Moskvada törədiləcək silsilə terror aktlarının qarşısını aldı

FTX Moskvada törədiləcək silsilə terror aktlarının qarşısını aldı


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada silsilə terror aktları törətmək istəyən şəxsləri saxlayıb.

AzVision.az RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, FTX-nın yaydığı məlumatda terror aktların arxasında İŞİD-in Türkiyədə gizlənən elçisinin durduğu bildirilir. Diversiya-təxribat qrupu bir Moldova və bir neçə Tacikistan vətəndaşından ibarət olub. Partlayıcı qurğulardan biri Moskvanın cənub-qərbindəki yaşayış binalarından birində zərərləşdirilib. Xüsusi əməliyyat Nametkina küçəsindəki 18 mərtəbəli evdə keçirilib. “Partlayıcı qurğu evin 10-cu mərtəbəsindəki mənzillərin birində aşkarlanaraq zərərləşdirilib. 19-u uşaq olmaqla, 145 sakin təxliyə edilib", - deyə məlumatda bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...