DAHA DÖRD BANK BAĞLANDI

DAHA DÖRD BANK BAĞLANDI


Rusiyanın Mərkəzi Bankı daha dörd bankın lisenziyasını geri çağırıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar “Mir”, “İdeya Bank”, “Voloqdabank” və “Forus” bankdır.

Mərkəzi Bankın məlumatına əsasən, “Forus” bankı kredit portfelini qeyri-adekvat qiymətləndirib və bununla bağlı risklər qəbul edib. Bank sistemində 264-cü yeri tutan “İdeya bank” terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etməyib.

“Mir” bankı isə şübhəli köçürmə əməliyyatlarında iştirak edib. “Voloqdabank”ın lisenziyasının geri çağırılmasına səbəb real maliyyə göstəricilərini gizlətməsidir. Lisenziyaları ləğv edilən dörd bank əmanətlərin sığortalanması sisteminin üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...