Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı 40-ı keçib

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən ölənlərin sayı 40-ı keçib


Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 57 nəfərdən 41-i ölüb.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə İrkutsk şəhərinin Lenin rayonunun prokuroru Stanislav Zubovski məlumat verib.

Bildirilir ki, xəstəxanaya çatdırılanların əksəriyyəti koma vəziyyətində olub. Hazırda sağ qalanların vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb.

Şəhərdə fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib.

Rusiyanın baş naziri Dmitri Medvedev spirtli məhsulların satışı qaydalarının sərtləşdirilməsinə çağırıb. Baş nazirin müavini Aleksandr Xloponin isə bəyan edib ki, alkoqollu içkilərin dövriyyəsinin sərtləşdirilməsinə dair qanun layihəsi yaxın vaxtlarda qəbul olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...