Türkiyədə Avropa ilə Asiyanı birləşdirən yeni tunel açılıb

Türkiyədə Avropa ilə Asiyanı birləşdirən yeni tunel açılıb


Bu gün İstanbul boğazından keçməklə Asiya və Avropanı birləşdirən yeni tunel açılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avrasiya tunelinin uzunluğu ümumilikdə 14,6 kilometrdir. Tunelin 5,4 km hissəsi dəniz dibindən 106 metr dərinlikdən keçir, bu hissə iki mərtəbəlidir. İstanbulun Avropa və Asiya sahillərində tunelin davamı olan 9,2 km qism isə yollar genişləndirilib. Tunel İstanbulun Avropa və Asiyadakı hissələri arasında gediş müddətini 100 dəqiqədən 15 dəqiqəyə endirəcək. Tunelin dənizin altından keçən hissəsi 4 dəqiqəyə qət ediləcək. Avrasiya tunelində sürət həddi saatda 70 km olacaq. Asiya qitəsində tunelə giriş Harem Üsküdar, Avropa qitəsində tunelə giriş Çatladıkapı Fatih istiqamətindən olacaq. Tuneldə 4,5 G keyfiyyətində və fasiləsiz mobil telefon və internet internet mövcuddur. Tunel 9 bal gücündə zəlzələyə davamlıdır.

Avrasiya tunelinin tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilib. Bu şirkətlər tunelin tikintisinə 1 milyard 245 milyon 121 min dollar xərc çəkib. Tunel 24 il 5 ay bu firmaların sərəncamında olacaq, daha sonra Türkiyə hökumətinə təhvil veriləcək. Tuneldən keçid minik avtomobilləri üçün 4 dollar, mikroavtobuslar üçün isə 6 dollar olacaq. Avtomobil və mikroavtobuslardakı sərnişinlər üçün isə ödəniş alınmayacaq. Hər gün bu tuneldən 120 min avtomobilin Avrasiya və Asiya qitəsinə keçəcəyi proqnozlaşdırılır.

Tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, yeni ilə qədər tuneldən keçid 15 lirə olacaq. Bu vəsait şəhid və qazilər üçün yaradılmış fonda toplanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...