Suriyada İŞİD hücumu nəticəsində 3 türk əsgəri həlak olub

Suriyada İŞİD hücumu nəticəsində 3 türk əsgəri həlak olub


Suriyanın Əl-Bab şəhəri ətrafında İŞİD terrorçularının hücumu nəticəsində 3 türk əsgəri həlak olub. APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 11 əsgər yaralanıb. Döyüş davam edir.

***

İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib. APA-nın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, türk əsgərləri arasında həlak olan və yaralananlar var. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir. Hadisə Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə baş verib.

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Hazırda əməliyyatın 120-ci günüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...