Lukaşenko "Putin İttifaqı"nın sammitində iştirakdan imtina etdi

Lukaşenko "Putin İttifaqı"nın sammitində iştirakdan imtina etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi ittifaqı Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək.

Virtualaz.org bildirir ki, RBK bu barədə məlumatlı mənbələrinə istinadən xəbər yayıb.

Lukaşenkonun səfəri təxirə salmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ötən həftə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sammit çərçivəsində Putin və Lukaşenkonun görüşü barədə suala birmənalı cavab verə bilməmişdi: "Bir sıra ikitərəfli görüşlər olacaq. Qazaxıstan prezidenti Nazarbayevlə ayrıca ünsiyyət olacaq — bu artıq planlaşdırılıb, bazar günü onlar birlikdə bir sıra obyektlərə baş çəkəcəklər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...