Rusiya MN-in qəzaya uğramış təyyarəsinin "qara qutu"su tapılıb

Rusiya MN-in qəzaya uğramış təyyarəsinin "qara qutu"su tapılıb


Rusiya Müdafiə Nazirliyinin Qara dəniz üzərində qəzaya uğramış "Tu-154" təyyarəsinin birinci "qara qutu"su tapılıb. APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, "qara qutu" artıq sudan çıxarılıb. Xilasedicilər bir qədər əvvəl təyyarənin "qara qutu"larının yerləşdiyi quyruq hissəsinin tapıldığını bildirmişdi. "Qara qutu"lardakı yazışmalar qəzanın dəqiqi səbəblərinin müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Hazırda mütəxəssislər əsas dörd versiya üzərində dayanırlar: təyyarənin nasazlığı, mühərrikə kənar əşyanın düşməsi, pilot səhvi və keyfiyyətsiz yanacaq. Terror əlamətləri barədə hələlik heç bir iddia irəli sürülməyib. Qeyd edək ki, dekabrın 25-də Soçidən qalxaraq Suriyaya uçan "Tu-154" təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayıb. Təyyarədə olan 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişinin hamısı ölüb. Onların arasında 9 jurnalist də var. Təyyarədə olanlardan 12-nin meyiti artıq tapılaraq sudan çıxarılıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...