Rusiya Avropa Birliyini daxildən dağıtmağa çalışır

Rusiya Avropa Birliyini daxildən dağıtmağa çalışır


Bolqarıstan prezidenti Rosen Plevneliyev Rusiyanın Avropa Birliyini daxildən dağıtmağa çalışdığını deyib. Modern.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Allgemeinen Zeitung” qəzetinə müsahibəsində deyib.

Plevneliyevin sözlərinə görə, ultramillətçi partiyaların maliyyələşdirilməsi və Avropa dəyərlərini gözdən salmağa yönələn məqalələri KİV vasitəsilə tirajlamağa çalışır. “Rusiya SSRİ-nin məqsədlərini öz qarşısına da qoyub. Demokratik dəyərlərin pozulması və hüququn aliliyinin şübhə altına alınması onların əsas məqsədidir”. Xatırladaq ki, Rosen Plevneliyevin səlahiyyət müddəti 2017-ci ilin yanvarında başa çatır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...