İsrail bu ölkələrlə əlaqələrini kəsir

İsrail bu ölkələrlə əlaqələrini kəsir


İsrail BMT Təhlükəsizlik Şurasında Tel-Əvivin məskunlaşma siyasətinə qarşı qəbul edilən qətnamənin lehinə səs verən ölkələrlə əlaqələrini müvəqqəti olaraq məhdudlaşdırır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon söyləyib.

O, Tel-Əvivin əleyhinə səs verən ölkələrin yüksək vəzifəli şəxslərinə İsrailə gəlmələri üçün izn verilməyəcəyini bildirib.

Qeyd edək ki, BMT TŞ-də İsrailin məskunlaşma siyasətinə qarşı qətnamə qəbul edilib. Qətnamənin lehinə TŞ-nin 14 üzvü səs verib. Tel-Əviv əleyhinə layihəni dəstəkləyənlər sırasında Təhlükəsizlik Şurasının daimi 5 üzvündən 4-ü olub. ABŞ isə bitərəf qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...